“İyun ayında iri ticarət mərkəzlərinin açılması gündəmdədir”.
Strateq.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, hər şey vəziyyətdən aslıdır: “Əgər göstəricilər stabil olsa, iri ticarət mərkəzlərinin açılması ilə bağlı qərar qəbul edilə bilər”.
TƏBİB rəhbəri çimərliklərin açılmasında isə problem görmür: “Əsas məsələ orada sosial məsafənin qorunmasıdır. Təlimatlar hazırlanır və yaxın günlərdə açıqlanacaq. İdman zallarının açılması ilə bağlı qərar yəqin iyunun 1-dən mümkün olsun”.