XƏBƏR LENTİ

13 Avqust 2020

Digər Xəbərlər

23 May 2020 - 00:30

Fazil Mustafa Naxçıvanla bağlı Operativ Qərargaha müraciət etdi:"Təyyarə ilə sərnişindaşıma bərpa edilməlidir"

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, BQP sədri Fazil Mustafa Naxçıvan Muxtar Respublikasına təyyarə reyslərinin tez bir zamanda bərpa edilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ünvanlayıb.

Strateq.az xəbəbr verir ki, millət vəkili müraciətində Muxtar Respublikaya gediş-gəlişin tamam kəsilməsinin yaratdığı çətinliklərə diqqəti yönəldərək, ən qısa müddətdə Naxçıvandan Bakıya və əks istiqamətə təyyarə reyslərinin bərpasını vacib sayib.

Müraciətdə deyilir: “Azərbaycan Respubikasında Xüsusi karantin rejiminin tətbiq edilməsindən sonra ən çox çətinliklərlə üzləşən regionların başında Naxçıvan Muxtar Respublikası gəlir. Operativ Qərargahın tətbiq etdiyi qaydalara müvafiq olaraq, həmin vaxtdan bəri Naxçıvanla ölkənin digər regionları arasında birbaşa hava nəqliyyatı vasitəsilə sərnişindaşıma əlaqəsi tamamilə kəsilib, müxtəlif səbəblər üzündən hətta ailə üzvləri belə, biri-birilərindən ayrı düşüblər. Yası düşən birinci dərəcədən qohumlar başsağlığından, ailə üzvlərindən ağır xəstəsi olanlar isə xəstəsini ziyarət etmə imkanından məhrum ediliblər…

Bütün bunları nəzərə alaraq, Muxtar Respublika əhalisinin və Naxçıvanla əlaqəli olan vətəndaşların zəruri insani problemlərinin həll olunması üçün gələcəkdə həmin qərara yaranmış epidemioloji şəraitə uyğun şəkildə düzəlişlər edilməsi şərtiylə, təklif edirik ki, Operativ Qərargah Muxtar Respublika ilə hava nəqliyyatı vasitəsilə sərnişindaşımanın qısa müddətdə, müvəqqəti də olsa, bərpa edilməsi məsələsini nəzərdən keçirsin”.