XƏBƏR LENTİ

02 İyul 2020

Digər Xəbərlər

24 May 2020 - 23:07

“Azərbaycan və Türkiyənin XİN rəhbərləri arasında telefon danışığı olub” –Azərbaycan XİN

Xarici İşlər naziri Elmar Məmmədyarovun Türkiyənin Xarici İşlər naziri Mevlud Çavuşoğlu ilə telefon söhbəti olub. 

Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, Elmar Məmmədyarov həmkarı Mevlud Çavuşoğlunun Azərbaycanın 28 May Respublika Günü münasibətilə səmimi təbriklərini qəbul edib.

Tərəflər habelə bir-birlərini Ramazan bayramı münasibətilə təbrik ediblər və ən xoş arzularını ifadə ediblər.

Nazirlər həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişafı ətrafında fikir mübadiləsi aparıblar. /Report