Bakıda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.
Strateq.az APA-ya isnadən bildirir ki, paytaxtın Nizami Rayon Polis İdarəsinin həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində 1962-ci il təvəllüdlü şair Mübariz Məsim oğlu Nəsibovu və onun dostu, 1960-cı il təvəllüdlü Cavanşır Əkbər oğlu Kazımovu bıçaqlayan 1954-cü il təvəllüdlü Hürriyət Məmməd oğlu Məmmədov yaxalanıb.
Qeyd edək ki, H.Məmmədov Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür.
Xatırladaq ki, hadisə metronun “Qara Qarayev” stansiyası yaxınlığında baş verib.