XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 May 2020 - 16:00

Sabiq nazir koronavirusdan öldü –Rusiyada

Rusiyanın ilk energetika naziri Vladimir Lopuxin 68 yaşında koronavirusun qurbanı olub.

“RİA Novosti” xəbər verir ki, bunu onun dostu, yazıçı Denis Draqunski bildirib.

Qeyd edək ki, V.Lopuxin 1991-1992-ci illərdə Rusiyanın yanacaq və energetika naziri olub. O, mərhum prezident Boris Yeltsin hökumətinin üzvü olub. İstefasından sonra bir sıra bank və kommersiya şirkətlərində aparıcı vəzifələrdə işləyib.

Xatırladaq ki, Rusiyada indiyədək 362 342 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 131 129 nəfər sağalsa da, 3 807 nəfər ölüb/Report.