XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

26 May 2020 - 17:32

Sergey Şoyqu:"Rusiya ordusunda 5500 nəfər koronavirusa yoluxub"

Rusiya Silahlı Qüvvələrində yeni növ koronavirus (COVID-19) infeksiyasının pik həddi aprel ayının ikinci yarısında qeydə alınıb.

Bunu Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqu Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi videokonfransda bildirib.

Şoyqunun sözlərinə görə, martın əvvəlindən Rusiya ordusunda koronavirusa 5,5 min yoluxma halı aşkarlanıb.

Rusiya Müdafiə naziri bildirib ki, koronavirusa yoluxanlardan 3,5 mini sağalaraq xəstəxanadan buraxılıb.

O qeyd edib ki, pandemiya Rusiya Silahlı Qüvvələrinin döyüş hazırlığına təsir etməyib/APA.