XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

26 May 2020 - 17:21

Bakı polisi Milli Məclisin qarşısındakı aksiyaya cəhdlə bağlı məlumat yaydı:"Heç kim saxlanılmayıb"

Bu gün Milli Məclisin inzibati binasının qarşısında aksiya keçirilməsinə cəhd olub.

“Report”un xəbərinə görə, polis “Qarabağa azadlıq” şüarı ilə təşkil olunan aksiyanın qarşısını alıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev “Report”a bildirib ki, icazəsiz aksiya keçirməyə cəhd edənlər polis əməkdaşlar tərəfindən ərazidən uzaqlaşdırılıb.

O qeyd edib ki, aksiyaya cəhd zamanı heç kəs saxlanılmayıb.

Xatırladaq ki, Müsavat Partiyasının başqanı Arif Hacılı özünün facebook profilində bir neçə şəxsin saxlanldığı barədə məlumat yayıb.