XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

26 May 2020 - 21:54

İspaniyada 10 günlük matəm elan edilib –Koronavirus qurbanları ilə bağlı

İspaniya hökuməti COVID-19 pandemiyasından ölənlərin xatirəsinə ehtiram əlaməti olaraq may ayının 27-dən etibarən 10 günlük matəm elan edib.

“Reuters” xəbər verir ki, bu barədə hökumət sözçüsü Maria Xesus Montero məlumat verib.

Onun sözlərinə görə, həmin müddət ərzində ölkə boyu ictimai binalar, habelə gəmilər üzərində bayraqlar yarıyadək qaldırılacaq.

Xatırladaq ki, koronavirus pandemiyasından ən çox zərər çəkən ölkələrdən olan İspaniyada 235 400 təsdiqlənmiş yoluxma hadisəsi (4-cü yer) qeydə alınıb və 26 834 nəfər koronavirusdan ölüb (4-cü yer).

Report