XƏBƏR LENTİ

07 İyul 2020
06 İyul 2020

Digər Xəbərlər

26 May 2020 - 21:00

“Azərişıq” ASC-nin əməkdaşlarının güllələnməsi ilə bağlı rəsmi açıqlama:"Yaralının vəziyyəti stabildir"

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Masallı rayonunda “Azərişıq” ASC-nin güllələnərək xəsarət alan əməkdaşı ilə bağlı məlumat yayıb.

TƏBİB-dən Strateq.az-a verilən məlumata görə, hadisə ilə bağlı bir müraciət daxil olub: “Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. O, körpücük sümüyünün güllə yarası ilə əməliyyat olunub. Hazırda vəziyyəti stabildir”.

Xatırladaq i, bu gün Masallı rayonunda “Azərişıq” ASC-nin əməkdaşları güllələnib.

Belə ki, Yeddioymaq kənd sakini 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov elektrik enerjisi borcu olduğuna görə onun həyətinə gələn və borcunun ödənməsini istəyən elektrik şəbəkəsi işçiləri ilə mübahisə edib. Heç bir borcunun olmadığını iddia edən abonent M.Şahmuradov evindəki ov silahı ilə “Azərişığ”ın əməkdaşlarına atəş açılıb.

Nəticədə üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.