XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

27 May 2020 - 13:26

Baş Nazir:“Gürcüstanda koronavirusla bağlı vəziyyət tam nəzarət altındadır”

“Hazırda Gürcüstanda koronavirusun yayılması ilə bağlı vəziyyət tam nəzarət altındadır”.

Bu barədə ölkənin Baş Naziri Giorgi Qaxaria parlamentdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ölkədə virusdan ölüm göstərici hər 100 nəfərə 0,3% təşkil edir: “Bu, 49 Avropa ölkəsi arasında ən aşağı göstəricidir”.

Hökumət başçısı Gürcüstanın infeksiyanın yayılmasına görə dünyada 123-cü yeri tutduğunu deyib.

Qeyd edək ki, indiyədək qonşu ölkədə COVID-19-a 735 nəfər yoluxub. Onların 557-si artıq sağalıb, 12-si isə dünyasını dəyişib/Report.