XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

28 May 2020 - 12:08

Ermənistanda koronavirusa yoluxanların sayı 8 mini keçib –113 nəfər ölüb

Ermənistanda son sutkada daha 442 nəfər koronavirusa yoluxub, 15 nəfər ölüb.

“Novosti Armeniya” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 8 216-ya yüksəlib. Ölkədə koronavirusdan ölənlərin sayı isə 113 nəfərə çatıb.

Bildirilib ki, indiyədək 3 287 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 4 772 aktiv koronavirus xəstəsi var/Report.