Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 28 may – Respublikası Günü münasibətilə Azərbaycana mesaj ünvanlayıb.
Strateq.az-ın məlumatına görə, Türkiyə XİN rəhbəri Tvitter səhifəsində belə yazıb:
“İki dövlət, bir millət, tək ürəyik! Can Azərbaycanın 102-ci Respublika Günü mübarək olsun. Dost və qardaş Azərbaycan xalqını sevgi ilə salamlayıram. Sən yaşa, Azərbaycan!”