XƏBƏR LENTİ

07 İyul 2020
06 İyul 2020

Digər Xəbərlər

29 May 2020 - 17:56

Kim Çen In Azərbaycan Prezidentinə məktub göndərdi –MƏTN

Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen In Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Strateq.az xəbər verir ki, təbrik mətnində deyilir:

“Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Koreya Xalq Demokratik Respublikasının Hökuməti və xalqı adından Sizin dost ölkənin hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırıram.

Koreya ilə Azərbaycan arasında dərin tarixə malik dostluq və əməkdaşlıq əlaqələrinin hər iki xalqın arzusu və istəyinə uyğun olaraq daim inkişaf edəcəyinə əminliyimi bildirir, Sizə və xalqınıza Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram”.