XƏBƏR LENTİ

07 İyul 2020
06 İyul 2020

Digər Xəbərlər

29 May 2020 - 16:43

Azərbaycan-Rusiya sərhədində yük maşınlarının növbəsi yaranıb

Azərbaycan-Rusiya sərhədindəki Samur gömrük-keçid məntəqəsində yük avtomobillərinin növbəsi yaranıb.

Hazırda ərazidə 500 yük maşını qonşu ölkəyə keçmək üçün gözləyir.  

Samur gömrük-keçid məntəqəsindən bildirilib ki, yaranan növbələr mövsümi xarakter daşıyır. Hazırda gün ərzində 250-300 maşın Rusiyaya keçir və hər hansı texniki problem yoxdur.

Samur gömrük-keçid məntəqəsindən həmçinin bildirilib ki, əgər Rusiya tərəfi bu sayı artırsa Azərbaycan tərəfi də bu sayı artıra  bilər. (apa)