XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

18 May 2015 - 12:56

Mikayıl Cabbarovun müavini yeni vəzifə aldı – Seçim

Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Tələbə Futbol Federasiyasının növbədənkənar Konfransı keçirilib.

Strateq.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təhsil nazirinin müavini, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov Tələbə Futbol Federasiyasının prezidenti seçilib.

Xatırladaq ki, Qurbanov Firudin İsa oğlu 29 avqust 1952-ci ildə Ağsu rayonunda anadan olub.

Bakı şəhərində orta məktəbi bitirəndən sonra 1974-cü ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun “İqtisadiyyat və planlaşdırma” fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1974-1975-ci illərdə orduda xidmət edib. 1975-1982-ci illərdə Elmi-Tədqiqat İqtisadiyyat İnsitututunda iqtisadçı, kiçik və baş elmi işçi vəzifələrində işləyib. 1982-1989-cu illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında assistent, baş müəllim, dosent və dekan vəzifələrində işləyib. 1989-1994-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Dövlət İnspeksiyasında inspektor, aparıcı inspektor, baş inspektor, şöbə rəisi vəzifələrində işləyib. 1994-cü ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Elm və Tədris müəssisələri şöbəsinin müdiri, 2001-ci ildən Gənclər, İdman və Turizm Nazirliyi Elm və Təhsil idarəsinin müdiri, 2006-cı ildən Gənclər və İdman Nazirliyinin Elm və Təhsil şöbəsinin müdiri vəzifəsində işləyib. 2007-2014-cü illərdə Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri işləyib. Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2014-cü il tarixli müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının təhsil nazirinin müavindir.

Strateq.az