XƏBƏR LENTİ

01 Mart 2021
28 Fevral 2021

Digər Xəbərlər

31 May 2020 - 12:50

“Qars müqaviləsi hələ də qüvvədədir” –Ziyafət Əsgərov

“Naxçıvandan xeyli insan Türkiyəyə işləməyə gedir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ziyafət Əsgərov deyib. O bildirib ki, gələcəkdə Xarici İşlər Nazirliyi ilə məsləhətləşərək, bu məsələni sazişdə ayrıca qeyd etmək lazımdır: “Qars müqaviləsinə görə, Türkiyə Naxçıvan Muxtariyyətinin təminatçılarından biridir. Türkiyə Naxçıvan üçün ayrıca preferensiya verə bilər. Ulu öndər 1992-94-cü illərdə Naxçıvanda işləyəndə Qars müqaviləsi əsasında Naxçıvanda xeyli işlər gördü. Ulu öndər Süleyman Dəmirələ bu məsələdə təkliflər vermişdi. Bu tarixi müqavilələr hələ də qüvvədədir. Bu müqavilələrdən istifadə etmək lazımdır”. /APA