XƏBƏR LENTİ

01 Mart 2021
28 Fevral 2021

Digər Xəbərlər

31 May 2020 - 15:12

“Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub” –Milli Məclisin komitə sədri

“1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edir”.

Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran  Hüseynovanın 1 İyun – Uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə hazırladığı “Uşaqlar gələcəyimizdir” məqaləsində əksini tapıb.

Hüseynova qeyd edib ki, ötəndövr ərzində 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 20-i isə yaralanıb: “Onlardan ən balacası bir yaş səkkiz aylıq Zəhra Quliyevadır. Ermənistan “Uşaq hüquqları haqqında” Konvensiyanı ratifikasiya edən dövlətdir, ancaq təəssüflər olsun ki, Konvensiya ilə öz üzərində götürdüyü öhdəlikləri kobud şəkildə pozur”. /APA