XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

31 May 2020 - 16:09

Roma Papası Prezident İlham Əliyevi təbrik edib –28 May - Respublika Günü münasibəti ilə

Roma Papası Fransisk Azərbaycan Prezidenti İlham Əliyevi 28 May – Respublika Günü münasibəti ilə təbrik edib. 

Təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və bütün həmvətənlərinizə ən xoş arzularımı yetirirəm. Xüsusilə COVID-19 pandemiyasının tüğyan etdiyi bu çətin zamanda Ulu Tanrı bütün insanlara daha ədalətli və mehriban cəmiyyət qurmaq üçün ləyaqətli, təhlükəsiz və sağlam mühitdə yaşamağı nəsib etsin.

Uca Yaradandan Zati-alinizə və bütün Azərbaycan xalqına bol-bol xeyir-dua diləyirəm”. /APA