XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

31 May 2020 - 17:36

İyun ayı boyunca hava necə olacaq? –Nazirlik aylıq hava proqnozunu açıqladı

“İyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan yüksək olacağı gözlənilir. 2017, 2018, 2019-cu illərdə havanın temperaturu normadan 0,7-1,2 dərəcə yüksək olub; 2001, 2002,  2003 və 2008 –ci illərdə isə iyun ayı nisbətən sərin keçib”. 

Bunu  ETSN-nin Milli Hidrometeorologiya Xidmətinin  rəisi Umayra Tağıyeva bildirib.

Havanın temperaturunun Bakıda  və Abşeron yarımadasında gecələr 19-24, gündüzlər 26-31, bəzi küləksiz və isti günlərdə 35-38 dərəcəyədək yüksələcəyi gözlənilir.

Respublikanın aran bölgəsində maksimal temperaturun 30-35, bəzi günlərdə 37-39, dağlıq rayonlarda 19-24, bəzi günlərdə 28-30 dərəcə isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasından  bir qədər  az, bəzi şimal və şərq rayonlarında isə normaya yaxın olacağı ehtimal olunur.

Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir”.