XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

01 İyun 2020 - 09:32

Həkim-virusoloq:“İnşaat respiratorları koronavirusdan qorunmada ən təsirli vasitədir”

“İnşaat respiratorları koronavirusdan qorunmada ən təsirli vasitədir” 

Bu barədə Rusiya Epidemiologiya və Mikrobiologiya Mərkəzinin aparıcı tədqiqatçısı, həkim-virusoloq Viktor Lariçev RİA Novosti-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, inşaat respiratorları xüsusi materialdan hazırlanmış daha yaxşı süzgəcdən ibarətdir: “Adi tibbi maskalar tozu o qədər də tutmayır, ancaq bu respiratorlar tozun udulmasına imkan vermir”.

Lariçev əlavə edib ki, sözügedən respiratorlar virusun yayılmasını, eyni zamanda virusdan qorunmağı təmin edir: “İnşaat respiratorları danışarkən, hətta asqırarkən və ya öskürərkən nəfəsdən ayrılan virusların ətrafa yayılmasının qarşısını alır”.

Həkim-virusoloq eyni zamanda, respiratorların üzü daha sıx bağladığını vurğulayıb. (apa)