XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

01 İyun 2020 - 10:23

“Müəyyən risklərin olduğunu başa düşməliyik” – Elxan Məmmədov

“Avropa çempionatının 2020-ci ildə baş tutmayacağı martda bəlli oldu. Hazırlıq plana uyğun gedirdi və üç mərhələdən ibarət idi. Birinci planlaşdırma mərhələsidir. Mart ayından əvvəl baş verənlərin hamısı budur. İkinci mərhələ həyata keçirilməsi, üçüncü isə AVRO-2020-nin başlanğıcıdır”.

Bu fikirləri “Matç TV”yə açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov AVRO-2020-yə hazırlıq barədə danışarkən deyib.

Federasiya rəsmisi çempionat üçün planlaşdırma mərhələsini başa vuraraq, həyata keçirmə mərhələsinə daxil olduqlarını bildirib. Məmmədov həmin anda UEFA-nın yarışı təxirə saldığını xatırladıb: “Bizim güclü tərəflərimizdən biri stadionun hazır olması idi. Sərmayəyə ehtiyac yoxdur və hər şey plan üzrə getdi. 2021-ci ilin iyununda stadionda böyük tədbirlər planlaşdırılmadı. Bu gözəl ot örtüyünü qorumaq üçün içəridə bütün işləri həyata keçirməyə çalışırıq”.

İcraçı vitse-prezident Azərbaycan Premyer Liqasının yenidən başlaması barədə də danışıb. O, futbolçuların koronavirus testindən keçmələrinə dair təşəbbüsün AFFA-dan gəldiyini vurğulayıb: “Bütün klublar razılaşdı. Bu, hazırlıq mərhələsidir. Çempionatın bərpa olunmasına gəlincə, başlanğıc üçün klubların məşqə başlamaları lazımdır. Ancaq müəyyən risklərin olduğunu başa düşməliyik. Biz Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrini yerinə yetiririk”.

Qeyd edək ki, Avropa çempionatı 12 şəhərdə – Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçirilməlidir. Azərbaycan tərəfi UEFA-ya AVRO-2020-nin təşkil edəcəyinə dair dövlət təminatı verib.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. AFFA Azərbaycan Premyer Liqasının bərpa tarixini ötən gün açıqlayıb. (report)