XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

01 İyun 2020 - 12:16

“Ali məktəblərə qəbul imtahanlarının vaxtını iyunun 5-dən sonra elan edə bilərik” –Məleykə Abbaszadə

“Proseslərin davamı kimi ali məktəblərə və orta ixtisas məktəblərinə qəbul imtahanları da olacaq”. 

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, hələ ki, bu imtahanlar elan olunmayıb, iyunun 5-dək sənəd qəbulu davam edəcək: “Bu gün saat 10.00-dək 75692 nəfər sənəd verib. Onların 12883 nəfəri əvvəlki illərin məzunlarıdır. Ali məktəblərə qəbul imtahanlarının vaxtını yalnız iyunun 5-dən sonra elan edə bilərik, çünki o vaxta qədər sənəd qəbulu davam edir. Sayı biləndən sonra dəqiq elan olunacaq”. (apa)