XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 June 2020 - 17:34

Nazirlər Kabinetində bu şəxslərə yeni vəzifələr verildi –Əli Əsədovdan təyinatlar

Nazirlər Kabineti Aparatında yeni dəyişikliklər olub.

Strateq.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

Bildirilib ki, müvafiq sərəncamlarla Xalid Qasımlı Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinin müdiri, Niyazi Rəhimov Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin müdiri, Musa Pənahov Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri təyin ediliblər.

Bununla yanaşı, Hikmət Xəlilov Nazirlər Kabinetinin İşlər müdiri təyin olunub.

Bundan əlavə, Baş Nazirə yeni köməkçi də təyin edilib.

Məlumata görə, müvafiq sərəncamla Mehman Tağıyev Baş Nazirin köməkçisi təyin olunub.