XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

11 Mart 2016 - 18:21

Rusiyadan Qarabağ açıqlaması –Putinin köməkçisi danışdı

peskov

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ardıcıl işi davam etdirir, lakin son qərarı yalnız münaqişənin bilavasitə iştirakçıları qəbul edə bilər”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu fikri jurnalistlərə söyləyib.

Onun sözlərinə görə, söhbət bir dəfə səy göstərməkdən deyil, beynəlxalq formatlarda ardıcıl fəaliyyət xəttindən gedir: “Rusiya bu formatların məsul iştirakçısı kimi, ardıcıl iş aparmaqda davam edir. Lakin qəti qərarlar, müəyyən həlledici təşəbbüslər yalnız bu münaqişənin iştirakçıları tərəfindən irəli sürülə bilər. Ermənistanın və Azərbaycanın əvəzinə, bu münaqişəni nə beynəlxalq vasitəçilər, nə də Rusiya tənzimləyə bilər”.

Azərtac