Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.
Bu fərmanla Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.
Dəyişikliyə görə, 1. 5.2-ci bənddə “Daxili işlər nazirinin” sözlərindən sonra “birinci müavini və” sözləri əlavə olunub. 1.2. 5.4-cü bənddə “həyata keçirilməsini” sözlərindən sonra “nazirin birinci müavininə, o olmadıqda” sözləri əlavə edilib.
Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturu”nda aşağıdakı dəyişikliklər edilib: 2.1. 1-ci hissənin üçüncü abzası aşağıdakı“Nazirin birinci müavini” redaksiyasında verilib.