XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 June 2020 - 19:21

Prezident İlham Əliyev daha bir sərəncam imzaladı –Uşaqlarla bağlı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 

Strateq.az-ın məlumatına görə, sərəncam Azərbaycan Respublikasında dövlət uşaq siyasətinin həyata keçirilməsi və uşaqların hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin edilməsi məqsədi daşıyır.

Sərəncamla “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası” (bundan sonra – Strategiya) təsdiq edilib.

Strategiyanın həyata keçirilməsində əlaqələndirici orqan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən edilib.

Nazirlər Kabineti Strategiyanın 2020-2025-ci illərdə icrası üzrə fəaliyyət planının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.