XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 June 2020 - 12:27

ÜST:"Koronavirusun yayılmasının qarşısı alınmasa, xəstəlik dağıdıcı ola bilər"

Yeni növ koronavirus infeksiyasının (COVID-19) yenidən alovlanması ilə bağlı real təhlükə var.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Henri Kluge bildirib.

Onun sözlərinə görə, koronavirusun yayılmasının qarşısı alınmasa, xəstəlik dağıdıcı ola bilər.

“Məhdudiyyətləri aradan qaldıran ölkələrin sayı artdıqca COVID-19-un yenidən alovlanması təhlükəsi yaranır”, – deyə o vurğulayıb.

Kluge qeyd edib ki, hazırda vəziyyət ilin əvvəli ilə müqayisədə heç də yaxşı deyil: “Bizim hələ də COVID-19-la mübarizə ilə bağlı nə peyvəndimiz, nə də müalicə üsulumuz var”.