Prezident İlham Əliyev iyunun 3-də Tərtər rayonuna səfərə gəlib.
Dövlət başçısı ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Daha sonra Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib. Azərbaycan prezidentinə muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.
Bu gün Tərtər rayonunda Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib. Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.