XƏBƏR LENTİ

07 İyul 2020
06 İyul 2020

Digər Xəbərlər

03 İyun 2020 - 15:14

Paşinyan:"Ermənistanda vəziyyət fəlakət həddindədir"

“Ermənistanda koronavirusla bağlı vəziyyət fəlakət həddindədir”.

“Novosti Armeniya” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə əhalisinə videomüraciətində bildirib.

O, son günlər Ermənistanda koronavirusa yoluxma və pandemiyadan ölüm hallarının çoxalmasından narahatlığını vurğulayaraq deyib: “Bu, fəlakətdir”. 

Nikol Paşinyan vətəndaşlardan fövqəladə vəziyyət rejiminin şərtlərini pozanların foto və videolarını çəkib ona göndərilməsini istəyib.

Qeyd edək ki, Ermənistanda son sutkada daha 515 nəfərdə koronavirus aşkarlanıb, 12 nəfər ölüb. Ölkə üzrə virusa yoluxanların sayı 10 524-ə, ölənlərin sayı isə 170-ə yüksəlib/Report.