XƏBƏR LENTİ

02 İyul 2020

Digər Xəbərlər

03 İyun 2020 - 23:30

Baş Nazir məhdudlaşdırmalarla bağlı detalları açıqlayacaq- Sabah

Baş Nazir Əli Əsədovun çıxışından sonra qadağaların hansı istiqamətdə veriləcəyi məlum olacaq.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, məhdudlaşdırmaların detalları ilə bağlı Operativ Qərargahın rəhbəri, Baş Nazir Əli Əsədovun sabah müraciəti olacaq. Baş Nazirin çıxışında bu məsələlər detallı şəkildə elan ediləcək:

“Cərimələrə gəldikdə isə məhdudlaşmalardan asılı olmayaraq, bunlar qüvvədə qalacaq: “Hansı istiqamətdə məhdudlaşma olub və ya olmamasının cərimələrə aidiyyəti yoxdur. Karantin qaydalarını pozan şəxslər cərimələnəcək”.