Ermənistanda son sutkada 697 nəfər koronavirusa yoluxub.
“Novosti Armeniya” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook”da canlı yayımda bildirib.
“697 yeni yoluxma faktı qeydə alınıb. Bu o deməkdir ki, tibb müəssisələrimiz artıq müalicəyə ehtiyacı olan yeni pasiyentləri qəbul etmək gücündə deyil”, – N.Paşinyan vurğulayıb.
Baş nazirin sözlərinə görə, 6 nəfər koronavirusdan ölüb, koronavirus diaqnozu qoyulmuş daha 9 nəfər isə başqa səbəblərdən vəfat edib.
Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 11 221-ə yüksəlib. Virusdan ölənlərin sayı isə 176 nəfərə çatıb/Report.