XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 June 2020 - 11:42

Yaşayış binasında narkotik bitki becərən “Pedro” ləqəbli şəxs tutuldu –FOTOLAR

Yaşayış binasında narkotik becərən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Strateq.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gecə saatlarında keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Giləzi qəsəbə ərazisində yerləşən yaşayış binasının beşinci mərtəbəsində, yaşayış olmayan mənzildə xüsusi aqro-texniki qaydada qulluq edərək narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb. Araşdırmalarla onun həmin qəsəbə sakini, “Pedro” ləqəbli Turqay Ağayev olduğu müəyyən edilib.

Dindirilmə zamanı T.Ağayev törətdiyi cinayət əməlini etiraf edərək, çətənə kollarını may ayında əkdiyini və şəxsi istifadəsi üçün yetişdirdiyini bildirib.

Polis əməkdaşları tərəfindən T.Ağayevin tərəfindən dibçəklərdə əkilmiş 8 ədəd çətənə bitkisi maddi sübut kimi götürülüb və bioloji ekspertizaya təqdim olunub.

Faktla bağlı Xızı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.