“Payızda koronavirusun ikinci dalğasına hazırlaşmalıyıq”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktoru Hans Kluqe deyib.
“Biz ölkələrə müraciət edirik: Vəziyyət yaxşılaşır deyə bunu bayram etmək vaxtı deyil, hazırlaşmaq vaxtıdır. Biz indi payıza hazırlaşmalıyıq!”, – deyə ÜST rəsmisi vurğulayıb.
O qeyd edib ki, hazırda əksər Avropa ölkələrində koronavirusla bağlı vəziyyət yaxşılaşır/APA.