XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

04 İyun 2020 - 18:28

Türkiyədə 20-dən çox Azərbaycan vətəndaşı koronavirusa yoluxub, 6 nəfər ölüb –Səfidən açıqlama

“Təəssüflər olsun ki, Türkiyədə koronavirusa yoluxanların arasında azərbaycanlılar da var”.

Bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib.

“Bir çoxları yoluxma barədə bizə məlumat verməsə də, biz mümkün olduqca konsulluq vasitəsilə bu məsələni araşdırırıq. Koronavirusa yoluxanların arasında Azərbaycan vətəndaşları da var. Bizdə olan məlumata görə, Türkiyədə 20-dən çox Azərbaycan vətəndaşı koronavirusa yoluxub, 6 nəfər pandemiyanın qurbanı olub”, – səfir vurğulayıb/Report.