XƏBƏR LENTİ

26 Fevral 2021
25 Fevral 2021

Digər Xəbərlər

04 İyun 2020 - 19:24

Azərbaycanda nazirlər iclasa maska ilə qatıldı –FOTO

Bu gün Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycanın bəzi ərazilərində karantin rejiminin sərtləşdirilməsi ilə bağlı xüsusi toplantı keçirilib.

İclasda hökumət üzvləri və digər iştirakçılar tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə ediblər.

Qeyd edək ki, bu gün Nazirlər Kabineti 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunması barədə qərar qəbul edib.

Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə həmin bölgələrdə də təkrarən tətbiq olunacaq.

Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub/Report.