XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

05 İyun 2020 - 16:26

“Koronavirus dövründə ən uğursuz işləyən nazirlik…” –Milli Məclisdə tənqid

“Koronavirus dövründə ən uğursuz işləyən nazirlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi oldu. Biz bu dövrdə provayderlər tərəfindən dayanıqlı internet görmədik. Tez-tez onlayn əlaqə kəsilirdi”.

Bunu deputat Fazil Mustafa parlamentdə deyib.

O qeyd edib ki, Cinayət -Prosessual Məcəlləsinə edilən dəyişikliklərə əsasən cinayət mühakimə icraatında müasir informasiya-kommunukasiya texnologiyalarının imkanlarından istifadə edilməsi, habelə xüsusi karantin rejimində və digər xüsusi hallarda cinayət prosesinin videokonfrans əlaqə vasitəsilə davam etdirilməsini təmin ediləcək:

“Bəs biz bu videokonfransı mövcud internetlə həyata keçirə biləcəyikmi? Pandemiya dövründə gördük ki, ölkədə internetlə bağlı problem var”. (Modern.az)