XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

05 İyun 2020 - 18:03

Türkiyədən gətirilən daha 144 Azərbaycan vətəndaşı karantinə yerləşdirildi –FOTO

Bu gün Azərbaycanın milli aviadaşıyıcısı – “Azərbaycan Hava Yolları” QSC  (AZAL) Türkiyənin paytaxtı Ankaradan Bakıya çarter reysi həyata keçirib.

AZAL-dan Strateq.az-a verilən məlumata görə, həmin reyslə 144 nəfər ölkə vətəndaşı vətənə qaytarılıb.

Bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.