XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

12 Mart 2016 - 11:42

“Goldman Sachs”dan nikbin təxmin:Neft qiymətləri yüksələ bilər

 

'Petrol fiyatları yeniden yükselebilir'

 

Mərkəzi ABŞ-da yerləşən beynəlxalq investisiya bankı “Goldman Sachs” dünən yaydığı hesabatda bu ilin ikinci rübü üçün xam neftin qiymət təxminini yüksəldib.

Strateq.az-ın bildirdiyinə görə, "Yeni Neft Nizamı" adlı bu hesabatda qiymətlərin 2016-cı ilin ikinci rübündə 25-45 dollar arasında olacağı təxmin edilib.

Bundan əvvəl isə bankın təxminləri 20 – 40 dollar arasında idi. Başqa sözlə desək, “Goldman Sachs” son təxminləriylə gələcək rüb üçün qiymət təxminini 5 dollar yuxarı çəkib.

Hesabatda neft bazarı və qiymətlərlə əlaqədar xəbərdarlıqlara da yer verildi.

Neft bazarında təklif-tələb tarazlığının nizamlanması üçün qiymətlərin bir müddət daha aşağı seyr etməsinin vacibliyinə toxunan bank "qiymətlərin erkən və sürətli şəkildə yüksəlməsinin yeni meydana gəlməyə başlayan təklif kəsintisini poza biləcəyindən” ehyiyatlanır.

Hesabatda ABŞ-ın neft ehtiyatlarının azalacağı təqdirdə, qiymətlərin gələcək il daha da yüksələ biləcəyi bildirilir: “2017-ci ildə neft qiymətlərinin barrel başına ortalama 55 ilə 60 dollar arasında ola bilər”.