XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Mart 2016 - 12:37

Ərəblər “Hizbullahı” qara siyahıya saldı

 

Arap Birliği de Hizbullah'ı terör örgütü ilan etti

Ərəb Birliyi “Hizbullah”ı terror təşkilatları siyahısına daxil edib.

Strateq.az xəbər verir ki, ərəb ölkələrinin xarici işlər nazirlərinin Misirin paytaxtı Qahirədə keçirdiyi yığıncaqda bu qərar alınıb.

Məlumata görə, İraq, Əlcəzair və Livan qərarın əleyhinə səs verib. Digər dövlətlərin səsvermə zamanı hansı mövqeni tutduqları barədə heç bir məlumat verilmir.

Ərəblər arasında Hizbullaha əleyhinə anti-kampaniya əslində bir müddət əvvəldən başlamışdı. Təxminən 2 həftə bundan əvvəl Səudiyyə Ərəbistanı Livan ordusuna verəcəyi 4 milyard dollarlıq yardımı kəsmiş, səbəbini isə Hizbullaha münasibətlə açıqlamışdı. Daha konkret desək, rəsmi Riyad Livan ordusunu qınamışdı ki, niyə Suriyada İranla birlikdə rejimin yanında döyüşən Hizbullaha o, bu qədər laqeyd yanaşır. Yəni bir növ Livan ordusunu 4 milyard dollar qarşılığında Hizbullahla amansız mübarizə aparmağa səsləmişdi. Ekspertlər bu tələbi məhzəb müharibəsinin yeni ocağını yaratmaq cəhdi kimi qiymətləndirmişdi.

Həqiqətən də, şiə İran ilə vəhabi Səudiyə Ərəbistanının Yaxın Şərqə məzhəb savaşları yaymaq siyasəti Suriyada olduğu kimi, digər ərəb ölkələrinə də tədricən sıçrayır. Artıq Yəmən qarşı-qarşıya gətirilən iki məzhəbin döyüş poliqonlarından birinə çevrilib. BMT-nin son hesabatında bu ölkədə 2 milyondan çox yəmənlinin yerindən-yurdundan didərgin düşdükləri bildirilir. Məzhəb müharibələrinin yerlə yeksan etdiyi İraqda da son zamanlar bu tendensiyanın daha böyük vüsət aldığı müşahidə olunur. İndi  Ərəb İttifaqının Hizbullahı terrorçu təşkilatlar siyahısına salması növbəti hədəflərdən birinin də həmin ölkə yaratmaq istəyindən xəbər verir.

Təsadüfi deyil ki, sözügedən toplantıda Bəhreynin xarici işlər naziri Hizbullahla yanaşı İranın da bostanına daş atmağı unutmayıb. Nazir  çıxış zamanı İranın Hizbullaha silah verməklə kifayətlənmədiyini, Bəhreynin də daxili işlərinə qarışdığını bildirib.

Qeyd edək ki, əhalisinin, təxminən 70%-i şiə olan Bəhreyn sultanlığında hakimiyyət sünni azlığın əlindədir. Ölkənin qanunvericiliyi elə tərtib olunub ki, şiə çoxluq parlamentə daha az deputat seçə bilirlər. Şiələrə ikinci dərəcəli vətəndaş kimi baxılması istər-istəməz ölkədə sosial narazılıqları artırır və bu asanlıqla məzhəbi xarakter almağa başlayır. İran da bu vəziyyətdən faydalanıb bölgədə öz mövqeyini gücləndirməyə çalışır.

Bəhreyn hakimiyyəti isə bu cür xarici müdaxiləyə açıq tərəfini bağlamaq əvəzinə, günahı başqa yerlərdə axtarır. Eynilə bizim hakimiyyətin “5-ci kolon” elan etdiyi müxalifətə yanaşdığı kimi.

Heydər Oğuz

Strateq.az