XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

12 Mart 2016 - 13:52

İcra başçısının bacısı oğlu qəzaya düşdü –Özü öldü, 4 nəfər ağır xəsarət aldı

musteqom-terter-icra

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun ailəsində faciə baş verib. İcra başçısının bacısı oğlu yol qəzasında dünyasını dəyişib.

Strateq.az ANS-ə istinadən xəbər verir ki, bu barədə məlumat Tərtər İcra Hakimiyyətindən təsdiqlənib.

Bildirilib ki, hadisə Yevlaxda baş verib.

"Rəhmətə gedən Yevlax sakini olub. Onun 26 yaşı var idi. Hazırda Müstəqim müəllim yas mərasimindədir", – deyə qurum rəsmisi bildirib.

Qəza ötən gecə Aran-Mingəçevir avtomobil yolunda qeydə alınıb. Hadisə nəticəsində Yevlax rayon sakini, 1989-cu il təvəllüdlü Mirzəyev Orxan Eyvazağa oğlu idarə etdiyi "Mercedes” markalı, 66-BE-972 dövlət nömrə nişanlı avtomaşınla hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Qəza nəticəsində sürücü elə hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məlumata görə, qəzaya düşənlər qohumlarının nişan mərasimindən qayıdırmışlar.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.