XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 June 2020 - 19:48

“Yol verilmiş hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq” – DİN rəsmisi

“Bir daha vətəndaşlarımıza sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə yaşadıqları ünvanı tərk etməmək barədə çağırışlarımızı anlayışla qarşıladıqlarına görə təşəkkürümüzü bildirirəm. Lakin təəssüflə onu da qeyd edim ki, ayrı-ayrı vətəndaşlar tərəfindən karantin rejiminin pozulması və digər qanunazidd  hallara yol verilib”.

Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib. O bildirib ki, yayılan görüntülərlə bağlı araşdırmalar aparılır.

“İstər polis əməkdaşı, istərsə də vətəndaş tərəfindən yol verilmiş  hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq və nəticələri üzrə müvafiq tədbirlər görüləcək”, – deyə E. Zahidov əlavə edib/APA.