XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

08 İyun 2020 - 21:45

Karantin rejiminin pozulmasına görə cərimələr büdcə gəlirləri sırasına daxil edilib –Nazirlər Kabineti

Karantin rejiminin pozulmasına görə cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil edilib.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nda dəyişiklik edib.

Beləliklə, əgər indiyə qədər sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil idisə, bu sıraya karantin rejiminin pozulması daxil edilir. Beləliklə bundan sonra epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil olacaq.