XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

08 İyun 2020 - 23:31

Xəzər dənizinin suyunun Kürə qarışması suvarmada heç bir problem yaratmayıb –RƏSMİ

Son günlərdə Kür çayında suyun səviyyəsinin düşməsi və Xəzər dənizində küləyin sürətinin artması şirin su ilə duzlu suyun qarışmasına səbəb olub.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov Trend-ə bildirib ki, baş vermiş bu təbiət hadisəsi suvarma işləri görən sahibkarlara heç bir problem yaratmayıb. O qeyd edib ki, Kür üzü Xəzərə axdığı üçün, sular yalnız qovuşma hissədə qarışıblar:

“Kür suyunun səviyyəsi aşağı düşəndə, istər istəməz dənizin səviyyəsi yuxarıda qalır. Bu zaman külək dəniz suyunu kürə tərəf vurur və iki suların qarşıması baş verir. Ancaq xoşbəxtlikdən iki suyun qarışması yalnız Kür və Xəzərin qovuşmasının müəyyən hissəsində olur. Belə olduğu halda suvarmada istifadə olunan sularla duzlu su çox qarışmır”.

D. Şərifov əlavə edib ki, Kür suyunun səviyyəsinin enməsi suvarmaya mənfi təsir göstərir:

“Kür suyunun aşağı düşməsinə səbəblərdən biri də, ilkin mənbələrdi. Belə ki, Türkiyə və Gürcüstanda yağıntıların az olması suyun aşağı düşməsinə də gətirib çıxarır. Kür suyunun səviyyəsi aşağı olduğu zaman isə bizim ASC-yə aid olan nasoslar suyu lazımi səviyyədə darta bilmir, bu da suvarmada müəyyən çətinliklər yaradır”.