XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 June 2020 - 12:06

Ermənistanda daha 350 nəfərdə koronavirus aşkarlanıb –Ölənlər var

Ermənistanda daha 350 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 13 675-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 217-yə çatıb. İndiyədək 4 451 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 8 943 aktiv koronavirus xəstəsi var/Report.