XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 June 2020 - 14:23

İtaliyada mafiyaya qarşı əməliyyat: 59 nəfər həbs edildi –Aralarında senatorun üç qardaşı da var

İtaliyada mafiya fəaliyyəti ilə məşğul olan 59 nəfər həbs edilib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, həbs edilən mafiya üzvləri biznes və siyasət sahəsində aktiv iştirak ediblər.

Onlar mafiya təşkilatının yaradılmasında, seçkilərə müdaxilədə, korrupsiyada, hərraclarda fırıldaqçılıqda ittiham olunurlar.

Həbs olunanlar arasında İtaliyanın sabiq Baş Naziri Silvio Berluskoninin “İrəli, İtaliya” partiyasından olan senator Luici Çezaronun üç qardaşı da var/APA.