XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 İyun 2020 - 17:24

Prezident hüquqi şəxslərlə bağlı sərəncam imzaladı –Dəyişiklik

Prezident İlham Əliyev “Cinayət-Prosessual Məcəlləsində  dəyişiklik edilməsi barədə” qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, hüquqi şəxsin yenidən təşkil edilməsinin və ya ləğv olunmasının qadağan edilməsi barədə məhkəmənin qərarı dərhal müvafiq icra hakimiyyəti orqanına göndəriləcək.

Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 487-5.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.