XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

09 İyun 2020 - 18:21

DİN Yasamaldakı hadisənin necə çəkildiyinə də aydınlıq gətirdi:"Daxili təhqiqat üçün çəkilmiş videonun ictimailəşdirilməsi qanunsuzluqdur"

Yasamalda karantin rejimini pozan və polisin başına müxtəlif maddələr atan şəxslərə qarşı keçirilən əməliyyatın videoçəkilişinin aparılması tam yolverilən haldır.

Strateq.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Axar.az-ın sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, sözügedən çəkiliş tam qanunidir və təlimata uyğun aparılıb:

“Çəkiliş aparılmasında məqsəd budur ki, istintaq və tədqiqat prosesi zamanı əməliyyat əsnasında hansı halların yaşandığını dəqiq analiz etmək mümkün olsun. Yəni bu çəkiliş istintaq materialı üçündür. Lakin daxili təhqiqat üçün çəkilmiş videonun ictimailəşməsi tamamilə qanunazidd addımdır. Həmin videonu ictimailəşdirən şəxs artıq daxili işlər orqanları sıralarından xaric edilib. Yəni onun işdən azad edilməsinin bir səbəbi də məhz istintaq materialı üçün nəzərdə tutulan videonu ictimailəşdirməsidir”.

Qeyd edək ki, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərlərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb. Görüntülərə əsasən, qadınla yüksək səs tonunda danışaraq, onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlədən polis işdən azad edilib və polis sıralarından uzaqlaşdırılıb.