XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 June 2020 - 18:18

Qərargahdan koronavirusla bağlı açıqlama:"İndiyədək 4606 nəfər sağalıb, 98 nəfər isə vəfat edib"

Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların və infeksiyadan sağalanların sayı açıqlanıb.

Strateq.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə 8 191 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib: “Onlardan 4 606  nəfər müalicə olunaraq sağalıb, 98 nəfər vəfat edib, 3487 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”.