XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

10 İyun 2020 - 00:21

Sumqayıtda yaşayış binasında uçqun olub –yaralananlar var + FOTO

Sumqayıt şəhərində Qubadlı rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli yaşayış binasında beton plitə uçub.

Hadisə şəhərin 12-ci mikrorayonunda, Çerkassı küçəsində baş berib.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alanlar 1970-cü il təvəllüdlü İdrak Hüseynov və 1967-ci il təvəllüdlü Gülxanım Cəfərova xəstəxanaya aparılıb. Əraziyə xilasedicilər cəlb edilib və hazırda təxliyə işləri aparılır.

Hadisənin səbəbləri araşdırılır/APA.

***

Hadisə zamanı dağıntılar altında daha 3 nəfərin qaldığı bildirilir. 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib və hazırda təxliyə işləri aparılır. Bildirilir ki, ərazidən 4-ü azyaşlı olmaqla, 5 nəfər təxliyə olunub.

Hadisə yerinə həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları və Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndələri gəlib.