Berlində Almaniya kansleri Angela Merkel əleyhinə mitinq keçirilib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, aksiyaya 2500-dən artıq etirazçı, həmçinin anti-İslam hərəkatı «Pegida»nın fəalları qatılıb.
Mərkəzi vağzalın yaxınlığındakı meydana toplaşan nümayişçilər arasında müxalifət nümayəndələri də olub.
Onlar Merkelin miqrant siyasətinə etiraz edərək "Merkel getməlidir!", "Almaniyada şəriətə yer yoxdur!", "Siyasilər gedir, xalq qalır" şüarlarını səsləndiriblər.